Amerika Birləşmiş Ştatlarında Layihə Qanuna Necə Çevrilir

hopper

Qanunların əsasında ideyalar dayanır və hər kəs qanun təşəbbüsü ilə çıxış edə bilər. Hətta adi vətəndaşlar öz Konqres nümayəndələri ilə əlaqə saxlayaraq və öz fikirlərini bölüşərək qanun layihəsi irəli sürə bilərlər. Əgər onun Konresdəki nümayəndəsi (konqresmen) razılaşsa onlar bu ideyanı layihə şəklində yaza bilərlər. Qanun layihəsinə dəstək lazımdır, ideyanı layihələşdirən konqresmen layihəni təqdim etməmişdən öncə digər konqresmenlərin dəstəyini qazanmağa çalışacaq. Konqresdə olan 100 senatordan, 435 nümayəndədən və ya 5 səs verməyən nümayəndədən hər biri qanun layihəsi təqdim edə bilər.

Layihə təqdim olunandan sonra “the hopper” adlanan qutuya yerləşdirilir. Yeni layihə nömrələnir və layihədə qeyd olunan məsələlərlə məşğul olan komitəyə göndərilir. Məsələn, kənd təsərrüfatı, təhsil,beynəlxalq münasibətlər və s. məsələlərlə məşğul olan komitələr var. Komitə layihəyə baxır, araşdırır və yenidən baxır, sonra onu alt-komitəyə göndərir. Alt-komitə də öz növbəsində layihəni araşdırır və müvafiq rəy və dəyişikliklərlə komitəyə göndərir. Sonda komitə qərar verir ki, layihə konqresdə baxılsın ya yox.

Qanun layihəsi komitə tərəfindən təsdiqləndikdən sonra müzakirəyə göndərilir – təqdim olunduğu yerdən asılı olaraq ya Nümayəndələr Palatasına, ya da Senata göndərilir.

Qanun layihəsi səsverməyə çıxarılmamışdan qabaq müzakirə olunur və Konqress nümayəndələri layihəyə dair dəyişikliklər təkliflərini irəli sürə bilərlər. Təsdiqləndiyi halda qanun layihəsi nəzərdən keçirilməsi üçün Kongresin digər palatasına ünvanlanır (Senat və Nümayəndələr Palatası təsdiqlənmiş bünün qanun layihələrini qarşılıqlı olaran nəzərdən keçirir) və bundan sonra ilkin prosesdə göstərilən mərhələlərdən keçməlidir.

Qanun layihəsi Prezidentə yalnız Konqresin palatalarından keçəndən sonra ünvanlanır. Prezident qanun layihəsini təqdidləyə və ya onun üzərinə veto qpya bilər.

Vetonu aradan qaldırmaq üçün Konqresin hər palatasının nümayələndərinin 2/3 hissəsi səs verməlidir. Tarixə nəzər salsaq görərik ki, Prezident tərəfindən vetolanan qanun layihələrinin 10 faizindən azının üzərindən veto qaldırılmışdır.

Təqdim olunan qanun layihələrindən təxminən 5% təsdidlənib qanun gücünü alır. 2015 ilin yanvarından 2017 ilin yanvar ayına gədər fəaliyyətdə olan Konqresə 7,800 çox qanun layihəsi təqdim olunub. Bu vaxta qədər təqdim olunan qanun layihələrin 326 (ümumi saydan 4 %) səs vermə prosesinə çıxarılıb və onların 100 qanun güvvəsini almışdır (ümumi saydan 1.3%).

Qanun layihəsi Konqresin fəaliyyət dövrünün sonuna qədər qanun kimi təsdiqlənmədi halda o, növbəti Konqresə yenidən təqdim olunmalıdır.

Leave a comment